Azərbaycanlılar ən çox Türkiyədə insan alveri qurbanı olub

Azərbayan vətəndaşları ən çox Türkiyədə(53 nəfər) insan alveri qurbanı kimi istismara məruz qalıb. Bunu Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatını təqdim edərkən deyib.
Bu siyahıda ikinci yeri Birləşmiş Ərəb Əmirlikləri (35 nəfər), üçüncü yerdə isə Qətər(2 nəfər) tutub.
Statistikada qeyd olunur ki, ötən il insan alveri qurbanları arasında 25-35 yaş arası olan 53,8% təşkil edib.
Qurbanların ən çox olduğu şəhər Bakıdır. İkinci yerdə Gəncə(8 nəfər), üçüncü yerdə isə Abşeron və Ağcabədi qərarlaşıb.
Gülnar Nazimqızı