Hacı Vəliyev ev dustaqlığına buraxılmayıb

Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevin ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatət təmin edilməyib. Bu barədə Xətai rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Qazi bu ilin aprelində saxlanılıb.
Vəliyev Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunur.
Aytac