Biləsuvar sakinini ildırım vurub

Biləsuvar sakinini ildırım vurub.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.
Kənd sakini 1981-ci il təvəllüdlü Bəşirov Ramin Habil oğlu tarlada çalışarkən onu ildırım vurub.
Bədəninin müxtəlif nahiyələrindən yanıq xəsarəti alan Rsmin Bəşirov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.