• $
  • €
  • ₽
  • ₺
  • £

Kamran Əliyev müşavirə keçirib

Kamran Əliyev müşavirə keçirib
15.05.2025 18:29

Mayın 15-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərliyi ilə Baş Prokurorluğun, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının məsul şəxslərinin iştirakı ilə əməliyyat müşavirəsi keçirilib.Bu barədə Baş Prokurorluqdan bildirilib.

Müşavirədə çıxış edən Baş prokuror 2025-ci ilin 4 ayı ərzində prokurorluq orqanlarının fəaliyyəti və görülmüş işləri təhlil edərək qarşıda duran vəzifələrə dair bir sıra tapşırıqlar verib.

Qeyd edilib ki,Heydər Əliyevin qurucusu və banisi olduğu müasir Azərbaycanda Prezident İlham Əliyevin çağdaş dövrün çağırışlarına uyğun islahatlar həyata keçirməsi hüquq sahəsində də müasirləşməni təmin edib və bu islahatlar prokurorluq orqanlarının fəaliyyətinə müsbət təsirini göstərib, xidməti fəaliyyətdə keyfiyyət və səmərəlilik nəzərəçarpacaq dərəcədə yüksəlib. Lakin, əldə edilmiş nailiyyətlərə kifayətlənilməməli, mövcud vəziyyət təhlil edilməklə, habelə qabaqcıl beynəlxalq təcrübə öyrənilərək fəaliyyətin daha da səmərəli olması üçün tədbirlərin icrası davam etdirilməlidir.

Çıxış zamanı bildirilib ki, prokurorluq orqanları tərəfindən dövlətin təhlükəsizliyinə qəsd edən cinayətlərə qarşı mübarizə bundan sonra da gücləndirilməli, cinayətkarlığın bütün növlərinə qarşı mübarizə sahəsində və qanunçuluğun qorunmasında digər hüquq-mühafizə orqanları ilə koordinasiyalı fəaliyyət davam etdirilməlidir.

Baş prokuror prokurorluğun qanunla müəyyən edilmiş fəaliyyət istiqamətləri üzrə, o cümlədən prosessual rəhbərlik və prosessual nəzarət, ibtidai araşdırmanın keyfiyyətinin və tezliyinin artırılması, qətimkan tədbirlərinin seçilməsi, dövlət ittihamının müdafiəsi, vətəndaşların müraciətlərinə baxılması sahəsində işin səmərəliliyinin artırılması istiqamətində konkret göstərişlər verib.

Bundan başqa, Baş prokuror əhalinin hüquqi biliyinin artırılması istiqamətində konkret sahələr üzrə maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin, ali təhsil müəssisələrinin hüquq fakültələri ilə gənc hüquqşünaslarının yetişdirilməsi işində yaxından əməkdaşlıq edilməklə tədris prosesində prokurorluq əməkdaşlarının iştirakının davam etdirilməsinin vacibliyini vurğulayıb.

Çıxış zamanı həmçinin ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsinin beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsinin zəruriliyi diqqətə çatdırılıb və prokurorluq əməkdaşları tərəfindən xarici ölkələrdə təlim-tanışlıq tədbirlərində iştirak etməklə qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqinin təmin edilməsinin vacibliyi qeyd olunub.

Baş prokuror tərəfindən “Elektron Prokurorluq” informasiya sisteminin bütün prokurorluq orqanlarında tətbiq olunduğu, bu sistemin həmçinin cinayət-prosessual fəaliyyətin rəqəmsal müstəviyə keçməsinə imkan verdiyi bildirilməklə müasir çağırışlara uyğun olaraq sistemin daim təkmilləşdirilməsi və mümkün fəaliyyət istiqamətləri üzrə süni intellektin tətbiq edilməsi imkanlarının nəzərdən keçirilməsi ilə bağlı göstərişlər verilib.

Müşavirə zamanı həmçinin xidməti fəaliyyətin konkret sahələri üzrə yol verilmiş nöqsanlar səsləndirilməklə onların aradan qaldırılması istiqamətində görülməli işlər, qarşıda duran vəzifələr barədə geniş müzakirələr aparılıb.

Yekunda Baş prokuror prokurorluq əməkdaşlarının bundan sonra da Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə üzərlərinə düşən vəzifələri layiqincə icra edəcəklərinə, vətəndaşlarının hüquq və azadlıqlarının müdafiəsi, cinayət təqibi və cinayət təqibindən kənar icraatın həyata keçirilməsində qanunların icrasına nəzarətin ən yüksək səviyyədə həyata keçirəcəklərinə əminliyini ifadə edib.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol