Həmin uşaqlar valideynlərindən alınmalıdır - Təklif

Övladlarını dilənçiliyə cəlb edən uşaqlar valideynlərindən alınaraq dövlətə verilməlidir. Bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.
"Küçə həyatında dilənçiliyə məruzə qalan uşaqlar valideynlərindən alınmalıdır. Elə bir mexanizm olmalıdır ki, belə fakt olan kimi həmin uşaqlar dövlət sığınacaqlarına yerləşdirilsin.Əks halda bu gələcəkdə böyük problemlər yaradacaq", - deputat bildirib.
2024-cü ildə küçədə dilənçiliyə məruz qalan 616 uşaq müəyyən edilib. Eyni zamanda övləadını dilənçiliyə məruz qoyan 354 valideyn haqqında tədbir görülüb.
Gülnar Nazimqızı