Anar Məmmədlinin məhkəməsi başlayır

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin məhkəməsininin hazırlıq iclası mayın 26-sı 11:30-a təyin edilib. Bu barədə onun vəkili məlumat verib.
Anar Məmmədli aprelin 30-da bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq qaçaqmalçılıqda (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi) ittiham olunaraq həbs edilib. Əvvəlcə ona "Abzas Media işi” ilə əlaqəli ittiham təqdim edilib. Daha sonra onun işi ayrıca icraata ayrılıb.
Çoxsaylı beynəlxalq təşkilatlar və ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini Anar Məmmədlini və həbsdə olan digər jurnalist və fəalları dərhal azad etməyə çağırıb.
Bundan əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsi Anar Məmmədlini 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Məmmədli itiihamı qəbul etməyib və Amnesty İnternational təşkilatı tərəfindən vicdan məhbusu elan edilib. O, 2016-cı il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxıb.
Gülnar
Son xəbərlər
Daha çox 