• $ 1.7
  • € 1.9654
  • ₽ 0.021656
  • ₺ 0.0432
  • £ 2.3075

Azərbaycanda cinayətə meyilli olan uşaqların sayı artıb - SƏBƏBLƏR

Azərbaycanda cinayətə meyilli olan uşaqların sayı artıb - SƏBƏBLƏR
18.06.2025 17:51

Azərbaycanda 2023-cü ildə ölkədə cinayət törədən 14-17 yaşlı uşaqların sayı 2022-ci illə müqayisədə 14.1 faiz artıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

 Ötən il yenitemə uşaqların 364 cinayət törətdiyi, onlardan 46-nın ağır və xüsusi ağır olduğu bildirilir. 

Əsas cinayət növləri  oğurluq, qəsdən sağlamlığa ağır zərər vurma, qəsdən adam öldürmə və ya buna cəhddir. 

Son günlər uşaqların cinayətə meyilliyinin artmasıdan narahatçılığını bildrən  Milli Məclisin deputatı Ceyhun Məmmədovun fikrincə, buna səbəb televiziyalarda düzgün təbliğatın aparılmamasıdır.  

“Son günlərdə uşaqlar arasında 4 cinayət faktı müəyyən edilib. Uşaqlarda cinayətə meyilin artması narahatlıq doğurur. Bunun səbəbləri araşdırılmalıdır. Ciddi addımlar atılmalıdır. Ciddi səbəblərdən biri televiziyalarda göstərilən verlişlərlə bağlıdır. Bu istiqamətdə ciddi işlər aparılamlıdır”,-  Məmmədov deyib.

Sosioloq  Mail Yaqub bildirir ki, uşaqlar arasında cinayət hallarının artması  daha çox sosial şəbəkələrdəki videolar və ailələrdəki nəzarətsizliklə əlaqədardır. 

"Birincisi sosial şəbəkələrdəki xoşagəlməz videolar qoyulur. Ən əsası da belə videolara  Tiktok sosial şəbəkəsində rast gəlinir.  Burdakı biabırçı mənzərəni görənlərin ağılları başlarından çıxır. Bu kimi halları görən yeniyetmələrdə cinayətə meyillilik yaranır. İkinci səbəb ailələrdəki nəzarətsizlikdir. Əgər hər gün ata və ana dalaşırsa, həmin ailədə olan uşaqların cinayətə tərəf meyillənməsinə zəmin yaranır. Valideynlər elə bilirlər ki, təkcə özləri üçün yaşayır. Uşaqlar onlardan çox təsirlənirlər. Üçüncü səbəb isə məktəbdə olan həmyaşıdların onlara təsiridir. Bir uşaq cinayətə meyillidirsə, həmin uşaq digər uşağa da təsir göstərir. Bütün bunların qarşısının alınması üçün bütün məsuliyyət valideyinin üzərinə düşür",-  sosioloq  vurğulayıb.

Psixoloq, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov bildirir ki, məktəb və universitet mühitində gənclər arasında cinayətə meyilliliyin artması, təkcə fərdi psixoloji meyillərlə deyil, həm də sosial, ailəvi və mədəni mühitlə sıx bağlıdır.

"Əvvəllər də uşaqlar və gənclər arasında aqressiv davranışlar və zorakılıq halları mövcud idi. Lakin bu hallar daha çox ailə və ya məhəllə səviyyəsində qalırdı və sosial mediada yayılmadığı üçün ictimaiyyətin diqqətindən kənarda qalırdı. İndi isə hər bir insanda telefon və kamera olması bu halların daha tez yayılmasına səbəb olur. Bugün sosial şəbəkələr zorakılığı təkcə nümayiş etdirmir, bəzən təşviq də edir. Yəni bu problem əvvəllər də olub, amma indikindən fərqli olaraq görünməz və sistemsiz şəkildə idi. İndi isə həm görünür, həm də daha kompleksdir.
Aqressiya təkcə bir emosional reaksiya deyil, çox zaman dərin psixososial problemlərin nəticəsidir. Bu gün uşaqlar emosiyalarını tanımaqda və ifadə etməkdə çətinlik çəkirlər. Bəzən valideynlərlə yaxın emosional münasibətin olmaması problemi daha da dərinləşdirir. Eləcə də zorakı və ya laqeyd valideynlik, boşanma, psixoloji travma, ailə içi münaqişələr aqressiyanı daha da kəskinləşdirir.

Psixoloqun fikrincə, internet və video oyunlarda zorakılığın normallaşdırılması halı da prosesə təsir göstərir.

"Sosial media vasitəsilə təhqir, təqlid davranışlarının şahidi oluruq. Məktəblərdə müəllim və rəhbərlik tərəfindən zəif psixoloji dəstək, tələbə və şagirdlərdə mənəvi boşluq və mənasızlıq hissi, problemi daha da dərinləşdirir. Cəmiyyət bir aynadır. Əgər uşaqlar bu aynada zorakılığı, aqressiyanı, nifrəti, laqeydliyi görürlərsə, onların psixikasında da bu modellər formalaşır. Media və sosial platformalarda şiddətin populyarlaşdırılması, gənclərin təqlid edə biləcəyi müsbət liderlər və dəyərlərin olmamasına gətirib çıxara bilir. Hansı ki, bu gün Azərbaycanda kifayət qədər örnək yeniyetmə və gənclərimiz var. Onlar cəmiyyətdə təbliğ olunmalıdır", - psixoloq əlavə edib.

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Bakının iki rayonunda qaz olmayacaq
Cəmiyyət 21:49
Sabah Bakının iki rayonunda qaz olmayacaq
İyunun 1-də keçirilən qəbul imtahanının nəticələri elan olunub
Cəmiyyət 21:45
İyunun 1-də keçirilən qəbul imtahanının nəticələri elan olunub
Bu ərazidə işıq olmayacaq
Cəmiyyət 20:55
Bu ərazidə işıq olmayacaq
Orxan Sultanov Yaşar Gülərlə görüşüb
Cəmiyyət 20:19
Orxan Sultanov Yaşar Gülərlə görüşüb
Prokurorluq orqanlarında çalışanların pensiyaya çıxma yaşı artırılır
Cəmiyyət 19:37
Prokurorluq orqanlarında çalışanların pensiyaya çıxma yaşı artırılır
Cəlilabadda 21 yaşlı oğlan itkin düşüb
Cəmiyyət 18:50
Cəlilabadda 21 yaşlı oğlan itkin düşüb
Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikində dəyişiklik edilir
Cəmiyyət 18:30
Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikində dəyişiklik edilir
DİN-dən küçə ticarəti ilə məşğul olanlara ÇAĞIRIŞ
Cəmiyyət 18:18
DİN-dən küçə ticarəti ilə məşğul olanlara ÇAĞIRIŞ
Oğuz-Qəbələ-Bakı su xəttindəki qəza aradan qaldırılıb
Cəmiyyət 18:12
Oğuz-Qəbələ-Bakı su xəttindəki qəza aradan qaldırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol