I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti yeni müəyyənləşdirilmiş daha bir şəhid sabah dəfn olunacaq. Bu barədə Dövlət Komissiyası məlumat yayıb.
Şəhid hərbçi Ələsgərov Fuad Cəfər oğlunun nəşinin qalıqları identifikasiya olunub və iyunun 20-də saat 15:00-da Tovuz rayonunun Ağbaşlar kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı Dövlət Komissiyası qeyd edib ki, Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.