Həftəsonu bank kartlarından 32 min manat oğurlanıb

Son bir gündə vətəndaşların kart hesabından 32 min manatdan çox vəsait oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
"Oğurlanmış məbləğlər arasında 20000, 9500, 1731, 535, 393, 224, 89 və 72 manat kimi rəqəmlər qeydə alınıb",- məlumatda deyilir.
DİN bir daha vətəndaşları şübhəli zənglərə cavab verməməyi və kart hesablarındakı məxfiliyi bölüşməməyi tövsüyə edir.
Daxili İşlər Nazirliyinin son statistikasına görə, bu ilin ilk dörd ayı ərzində vətəndaşların kartından 6 milyon manatdan çox pul oğurlanıb.
2024-cü ildə kart fırıldaqçılığı nəticəsində vətəndaşlara 22 milyon manatdan çox zərər dəyib.
Gülnar