Azərbaycanda məhkəmələrdə kargüzarlıq qaydaları yenilənib

Məhkəmə-Hüquq Şurasının iclasında məhkəmələrdə kargüzarlığın aparılmasına dair yenilənmiş təlimat layihəsi təsdiq olunub, qurum çərşənbə günü bildirib.
İclasda çıxış edən Şura sədri İnam Kərimov məhkəmə idarəçiliyi sahəsində görülən işlərdən və 20 illik fəaliyyətə həsr olunmuş beynəlxalq tədbirlərin nəticələrindən danışıb.
Eyni zamanda hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı yeni metodologiya müzakirəyə çıxarılıb və mübahisələrin effektiv həlli üçün işçi qruplar yaradılıb.
N.Təbrizli