• $ 1.7
  • € 1.9729
  • ₽ 0.021656
  • ₺ 0.0429
  • £ 2.3058

Bakı metropoliteni yay hərəkət qrafikinə keçib

Bakı metropoliteni yay hərəkət qrafikinə keçib
25.06.2025 10:14

Tədris ilinin yekunlaşması, yay mövsümünün başlanması və nəticədə sərnişin axınının azalması ilə əlaqədar “Bakı Metropoliteni” QSC tərəfindən qatarların hərəkət qrafikinə dəyişiklik edilib.

Bu barədə “Bakı Metropoliteni”ndən məlumat verilib.

Bildirilib ki, yay qrafikinə əsasən metropolitendə qatarların hərəkəti iş və qeyri-iş günlərində iki fərqli cədvəllə tənzimlənir.

İş günlərində “28 May-Əhmədli” sahəsində və əks istiqamətdə saat 07:00-10:00 və 17:00-21:00-da qatarlar arasında interval 2,5 dəqiqə təşkil edir. Günün digər saatlarında qatarlar 3 dəqiqəlik intervalla hərəkət edir. Şənbə və bazar günlərinin cədvəlinə əsasən isə həmin istiqamətlərdə saat 06:00-dan 22:00-a qədər qatarlararası interval 3 dəqiqədir.

“28 May-İçərişəhər” və “28 May-Dərnəgül” istiqamətlərində interval qeyd edilən müddətlərdən iki dəfə artıq müəyyən edilib.

Bənövşəyi xətdə və “Xətai-Cəfər Cabbarlı” mənzilində hərəkət qrafikində dəyişiklik olunmayıb.

Qrafik dəyişikliyi “Bakmil” stansiyası və əksinə hərəkətə də tətbiq edilib və yeni qrafik “metro.gov.az” saytında yerləşdirilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının bir sıra küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 14:39
Bakının bir sıra küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Aktyor Vüsal Murtuzəliyev reanimasiyadan çıxıb
Cəmiyyət 14:23
Aktyor Vüsal Murtuzəliyev reanimasiyadan çıxıb
İbrahimzadə: Şəhid və qazi ailələrindən iştirak üçün ödəniş alınmır
Cəmiyyət 14:11
İbrahimzadə: Şəhid və qazi ailələrindən iştirak üçün ödəniş alınmır
Bütün beynəxalq olimpiadaların Təhsil İnstitutu tərəfindən tanınması vacib deyil – Xəyal İbrahimzadə
Cəmiyyət 13:50
Bütün beynəxalq olimpiadaların Təhsil İnstitutu tərəfindən tanınması vacib deyil – Xəyal İbrahimzadə
Bir ildə 22 485 nəfər cinayət törədib
Cəmiyyət 13:32
Bir ildə 22 485 nəfər cinayət törədib
Azərbaycanda ət gigiyenası ilə bağlı dövlət standartı ləğv edilir
Cəmiyyət 12:34
Azərbaycanda ət gigiyenası ilə bağlı dövlət standartı ləğv edilir
Azərbaycan müəllimlərinin peşəkar inkişafı üzrə qiymətləndirmə prosesinə 85 mindən çox təhsil işçisi cəlb olunub
Cəmiyyət 11:56
Azərbaycan müəllimlərinin peşəkar inkişafı üzrə qiymətləndirmə prosesinə 85 mindən çox təhsil işçisi cəlb olunub
Sabahın havası açıqlandı
Cəmiyyət 11:50
Sabahın havası açıqlandı

Ötən gün vətəndaşların bank kartlarından 4 min manatdan çox vəsait oğurlanıb
Cəmiyyət 11:37
Ötən gün vətəndaşların bank kartlarından 4 min manatdan çox vəsait oğurlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol