Azərbaycan müəllimlərinin peşəkar inkişafı üzrə qiymətləndirmə prosesinə 85 mindən çox təhsil işçisi cəlb olunub

Azərbaycan Respublikasında müəllimlərin peşəkar inkişafı və təhsilin keyfiyyətinin artırılması məqsədilə həyata keçirilən milli qiymətləndirmə proqramı çərçivəsində bu günə qədər 85 mindən artıq müəllim prosesdə iştirak edib. Cəmi müəllimlərin sayı isə ümumilikdə 120 minə nəfərdir. Sertifikasiya nəticəsində 5054 müəllimlə əmək müqaviləsinə xitam verilib. Bu barıdə Təhsil nazirliyinin sözçüsü Səbuhi Rzayev məlumar verib.
Qiymətləndirmə prosesi 2022-ci ildən etibarən ölkənin sosial-iqtisadi inkişaf strategiyası və “Azərbaycan 2030: Dayanıqlı İnkişaf üçün Milli Prioritetlər” sənədləri əsasında həyata keçirilir.
“Layihənin əsas məqsədi müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, şəffaf qiymətləndirmə sistemi vasitəsilə onların bilik və bacarıqlarının ölçülməsi və nəticələrə uyğun əməkhaqlarının diferensiallaşdırılmasıdır”, - Rzayev bildirib. .
Təhsil Nazirliyinin məlumatına görə, müxtəlif səbəblərlə, xüsusilə analıq məzuniyyətində olan və ya sağlamlıq vəziyyətinə görə prosesə qoşula bilməyən müəllimlər üçün əlavə mərhələlər nəzərdə tutulub.
2013–2018-ci illərdə keçirilən pilot qiymətləndirmələrdə 137 müəllim iştirak etmiş və onların əməkhaqqında müsbət dəyişikliklər qeydə alınlb. Bu nəticələrə əsasən, cari mərhələnin də müəllimlərin karyera inkişafına töhfə verməsi gözlənilir.
Prosesin 2025-ci ilin sonuna qədər ölkə üzrə bütün müəllimləri əhatə edəcəyi planlaşdırılır.
N.Təbrizli