Aktyor Vüsal Murtuzəliyev reanimasiyadan çıxıb

Əməliyyat edilən aktyor Vüsal Murtuzəliyevin son vəziyyəti açıqlanıb.
Aktyorun bacısı Dilarə Əliyeva bildirib ki, o, artıq reanimasiyada deyil, amma hələ də xüsusi nəzarət altındadır.
“Həkimlər yanına heç kimi buraxmırlar, çünki bərpa dövründə olduğu üçün infeksiya yoluxa bilər”, – Dilarə Əliyeva qeyd edib.
TƏBİB-in məlumatına görə, həkim müayinəsindən sonra Vüsal Murtuzəliyevə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib.