• $ 1.7
  • € 1.9842
  • ₽ 0.021251
  • ₺ 0.0417
  • £ 2.2893

"Azərbaycanfilm" kinostudiyasında baş verən yanğının səbəbləri araşdırılır - Yenilənib

"Azərbaycanfilm" kinostudiyasında baş verən yanğının səbəbləri araşdırılır - Yenilənib
27.06.2025 10:45

"Azərbaycanfilm" kinostudiyasında baş verən yanğının səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır.Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ötən gecə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində kinofilm çəkilişlərində istifadə olunan pirotexniki maddələr yığılan tikilidə partlayış nəticəsində yaranmış yanğın nazirliyin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində qısa müddətdə söndürülüb.

Partlayış nəticəsində ümumi sahəsi 200 m² olan birmərtəbəli tikilinin konstruksiyaları dağılıb.

Taxta qutularda yığılan digər pirotexniki vasitələr, 3 ədəd propan qaz balonu və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hadisə zamanı ölən və xəsarət alan olmayıb.

 

00:04

 

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində baş vermiş yanğın qısa müddətdə söndürülüb.Bu barədə FHN-dən bildirilib.

 

23:58

 

Paytaxtın Yasamal rayonunda yerləşən C.Cabbarlı adına kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, hazırda təhlükəsizlik tədbirləri görülür. İlkin məlumata görə vətəndaşlardan xəsarət alan yoxdur, ərazi tam nəzarətə götürülməklə xidmət təşkil olunub. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

 

23:55

 

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb. 

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir. 

 

23:48

 

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində yanğınla müşayiət olunan partlayışın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

Bəzi media resurslarında “Alov” zavodunda partlayış-yanğın baş verməsi barədə verilmiş məlumat həqiqətə uyğun deyil.

 

23:40

 

Müdafiə Sənayesi Nazirliyi “Alov” zavodunda partlayışın baş verməsinə dair yayılan xəbərlərə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, yayılan xəbərlər həqiqətə uyğun deyil, “Alov” zavodunda hər hansı partlayış, yanğın baş verməyib.

***

Müdafiə Sənayesi Nazirliyinin “Alov” zavodunda partlayış baş verib.Bu barədə Musavat.com məlumat yayıb.

Bildirilib ki, partlayış Bakıdakı Kinostudiyanın köhnə pirotexnika sahəsində yerləşən “Alov” zavodunda qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti xidmətləri cəlb olunub.

Əraziyə giriş məhdudlaşdırılıb, təhlükəsizlik tədbirləri görülür.

Əlavə məlumat veriləcək.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin və zərərçəkmişlərin hüquqi varislərinin ifadələri dinlənilib
Cəmiyyət 19:07
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin və zərərçəkmişlərin hüquqi varislərinin ifadələri dinlənilib
"Qırmızı Körpü” gömrük postunda gözləyən avtomobillərin sayı açıqlanıb
Cəmiyyət 18:17
"Qırmızı Körpü” gömrük postunda gözləyən avtomobillərin sayı açıqlanıb
Metroda QR-kodla ödənişlərdə problem yarandı
Cəmiyyət 18:01
Metroda QR-kodla ödənişlərdə problem yarandı
Son yeddi ayda 40-a yaxın insanı çaqqal dişləyib
Cəmiyyət 16:52
Son yeddi ayda 40-a yaxın insanı çaqqal dişləyib
MİQ üzrə vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb
Cəmiyyət 15:44
MİQ üzrə vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb
Xəzər və Suraxanı tibb mərkəzlərinə yeni direktorlar təyin olunub
Cəmiyyət 15:19
Xəzər və Suraxanı tibb mərkəzlərinə yeni direktorlar təyin olunub
Bu il 2 mindən çox müəllim keçid balını toplaya bilməyib
Cəmiyyət 14:43
Bu il 2 mindən çox müəllim keçid balını toplaya bilməyib
Ağdərədə növbəti yanğın baş verib
Cəmiyyət 14:01
Ağdərədə növbəti yanğın baş verib
Yeni ildə tədris ili üzrə 125 min uşağın birinci sinfə qəbulu olub
Cəmiyyət 13:58
Yeni ildə tədris ili üzrə 125 min uşağın birinci sinfə qəbulu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol