İpoteka kreditindən yararlananların 67%-i gənclərdir - Fond

İpoteka və Kredit Zəmanət Fondu (Fond) tərəfindən 2025-ci ilin yanvar-iyun aylarında vəsaiti hesabına 232,5 milyon manat məbləğində ipoteka krediti verilib ki, bunun 67 milyon manatı güzəştli ipoteka kreditləridir. Bu barədə Fondan verilib.
İlin əvvəlindən adi ipoteka kreditləri hesabına 1483, güzəştli ipoteka kreditləri hesabına isə 789 vətəndaş və ya ailənin mənzil şəraiti yaxşılaşıb.
2025-ci ildə verilmiş ipoteka kreditlərinin orta məbləği 102 340 manat təşkil edib.
Şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin ödənişlə ipoteka kreditindən faydalanmasını təmin etmək məqsədilə 1 iyul 2025-ci il tarixinə Fond tərəfindən 116,8 milyon manat məbləğində 1294 ipoteka krediti üzrə zəmanət verilib.
Ümumilikdə, indiyədək Fondun vəsaiti hesabına 3,55 milyard manat dəyərində ipoteka krediti verilib ki, bu da 54,8 min ailənin mənzil şəraitinin yaxşılaşdırılmasına imkan yaradıb. İpoteka kreditlərindən faydalananların 67 faizi gənclər və gənc ailələrdir.
Gülnar
Son xəbərlər
Daha çox 