• $ 1.7
  • € 2.0054
  • ₽ 0.021663
  • ₺ 0.0427
  • £ 2.3364

Fond heyvanları da sığortalayacaq

Fond heyvanları da sığortalayacaq
03.07.2025 15:54

 Azərbaycanda kənd təsərrüfatı heyvanlarının dövlət dəstəyi ilə sığortalanması proqramı çərçivəsində fermerlər iribuynuzlu və xırdabuynuzlu heyvanlarını müxtəlif risklərə qarşı cüzi ödənişlə qoruma imkanına malikdirlər. Bu barədə Aqrar Sığorta Fondu məlumat yayıb.

Fonddan verilən məlumata görə, inək və camışlar üçün baza sığorta haqqı illik 4,89%, qoyun və keçilər üçün isə 4,6% təşkil edir. Bu məbləğin 50%-i dövlət tərəfindən subsidiya olunur.

Misal üçün, 1 000 manat dəyərində inəyin illik baza sığortası fermerə 24,5 manata, 300 manatlıq qoyunun sığortası isə 6,9 manata başa gəlir. Əlavə riskləri əhatə edən genişləndirilmiş sığorta paketləri isə müvafiq olaraq 7,8% və 7,37% tariflə təklif olunur.

Sığorta olunan risklərə yoluxucu xəstəliklər, təbii fəlakətlər, vəhşi heyvanların hücumu, yanğın və zəhərlənmə halları daxildir. Genişləndirilmiş paketə avtomobil qəzası, elektrik cərəyanı, oğurluq və daşınma zamanı baş verən hadisələr də əlavə edilir.

Heyvanların sığortalanması üçün onlar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatda olmalıdır. Sığorta müqavilələri 1, 2 və ya 3 illik bağlana bilər. Müddət artdıqca tariflərdə endirim tətbiq olunur.

Aqrar Sığorta Fondu fermerlərə ödənişlərin “AsanPay” sistemi vasitəsilə onlayn şəkildə həyata keçirilməsi imkanı yaratdığını da qeyd edib.

Aytac 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Faktiki hava açıqlanıb
Cəmiyyət 19:23
Faktiki hava açıqlanıb
DYP hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 18:08
DYP hərəkət iştirakçılarına müraciət edib
Ötən ay 17 aptekdə yoxlama aparılıb
Cəmiyyət 17:49
Ötən ay 17 aptekdə yoxlama aparılıb
Bakıda təmirə görə bu yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub
Cəmiyyət 17:22
Bakıda təmirə görə bu yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub
Sputnik Azərbaycanda fəaliyyətini davam etdirə bilməz-Kiselyov
Cəmiyyət 16:58
Sputnik Azərbaycanda fəaliyyətini davam etdirə bilməz-Kiselyov
Azərbaycanda ailənin orta gəlirinin hesablanması qaydasında dəyişiklik edilib
Cəmiyyət 16:55
Azərbaycanda ailənin orta gəlirinin hesablanması qaydasında dəyişiklik edilib
Deputat Xalid Tağızadə vəzifədən uzaqlaşdırılıb
Cəmiyyət 16:50
Deputat Xalid Tağızadə vəzifədən uzaqlaşdırılıb
Fond heyvanları da sığortalayacaq
Cəmiyyət 15:54
Fond heyvanları da sığortalayacaq
Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib
Cəmiyyət 15:47
Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol