• $ 1.7
  • € 1.9697
  • ₽ 0.0208
  • ₺ 0.0419
  • £ 2.2692

Hazırda 376 nəfər ikili diplom proqramları üzrə xaricdə təhsil alır

Hazırda 376 nəfər ikili diplom proqramları üzrə xaricdə təhsil alır
07.07.2025 16:50

Son 5 ildə  Azərbaycan ali təhsil müəssisələrinin xarici universitetlərlə birgə həyata keçirdiyi beynəlxalq ikili diplom proqramları üzrə 960 tələbə təhsil almaq hüququ qazanıb.  Bu barədə Elm və Təhsil Nazirliyinin 2024-2025-ci tədris ilinə dair hesabatında yer alıb.

Tələbələrin 730 nəfəri bakalavr üzrə təhsil alır. 

Tələbələrin 584 nəfəri artıq məzun olub. 

Bakı Mühəndislik Universiteti Koreyanın İnha Universiteti ilə mühəndislik ixtisasları üzrə (informasiya texnologiyaları, elektronika, elektrik və inşaat mühəndisliyi) təhsil almaq hüququ qazananların sayı 400, məzun sayı isə 319 nəfər olub.

Azərbaycan Dövlət Aqrar Universiteti Türkiyənin Ege Universiteti ilə aqromühəndislik, bitki mühafizəsi, iqtisadiyyat və aqronomluq ixtisasları üzrə proqramda 330 nəfər təhsil almaq hüququ qazanıb. Bu proqram üzrə indiyədək 39 nəfər məzun olub.

Magistratura səviyyəsində Azərbaycan Dövlət Pedaqoji UniversitetiABŞ-ın Corc Vaşinqton Universitetinin “təhsil və insan kapitalının inkişafı” ixtisası üzrə proqramında 127 nəfər təhsil almaq hüququ qazanıb, 83 nəfər məzun olub.

ADA UniversitetiCorc Vaşinqton Universitetinin kompüter elmləri və verilənlərin analizi, elektrik mühəndisliyi ixtisasları üzrə proqramında da 124 tələbə təhsil almaq hüququ qazanıb, onlardan 83-ü artıq məzun olub.

Bakı Dövlət Universiteti ilə İsrailin Yerusəlim İbrani Universiteti arasında biotexnologiya ixtisası üzrə 20 nəfər, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə İngiltərənin Vorvik Universiteti arasında bərpa olunan enerji mənbələri üzrə isə 40 nəfər təhsil almaq hüququ əldə edib.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyada Mixail Qusmanı dövlət mükafatlarından məhrum etməyə çağırıblar
Cəmiyyət 14:04
Rusiyada Mixail Qusmanı dövlət mükafatlarından məhrum etməyə çağırıblar
Gəncə Memorial Kompleksində tikinti-quraşdırma işlərinin tamamlanmasına pul ayrılıb -SƏRƏNCAM
Cəmiyyət 13:25
Gəncə Memorial Kompleksində tikinti-quraşdırma işlərinin tamamlanmasına pul ayrılıb -SƏRƏNCAM
Ayağını maşından çölə çıxaran sürücü cəzalandırılıb
Cəmiyyət 13:15
Ayağını maşından çölə çıxaran sürücü cəzalandırılıb
Azərbaycan neftinin qiyməti 71 dolları keçib
Cəmiyyət 13:05
Azərbaycan neftinin qiyməti 71 dolları keçib
İyulun son gününün havası açıqlanıb
Cəmiyyət 12:50
İyulun son gününün havası açıqlanıb
Azərbaycan diaspor rəhbəri Şahin Şıxlinski barəsində axtarış elan edilib
Cəmiyyət 12:49
Azərbaycan diaspor rəhbəri Şahin Şıxlinski barəsində axtarış elan edilib
Azərbaycanın "Chabiant" şərabı "Decanter World Wine Awards" müsabiqəsində yüksək qiymətləndirilib
Cəmiyyət 12:35
Azərbaycanın "Chabiant" şərabı "Decanter World Wine Awards" müsabiqəsində yüksək qiymətləndirilib
Ötən ay xaricdə təhsil almış 46 nəfərin diplomu tanınmayıb
Cəmiyyət 12:07
Ötən ay xaricdə təhsil almış 46 nəfərin diplomu tanınmayıb
Üzərlik bitkisi ilə sərhədi keçməyə cəhd edənlərə xəbərdarlıq olunub
Cəmiyyət 11:46
Üzərlik bitkisi ilə sərhədi keçməyə cəhd edənlərə xəbərdarlıq olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol