İyunda poçt və kuryer xidmətlərində azalma olub

2025-ci ilin iyununda Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı xidmətləri üzrə istehsalçı qiymət indeksi may ilə müqayisədə 0,4 faiz artaraq 100,4 faiz təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Nəqliyyatda sərnişindaşıma xidmətlərinin qiymətləri 3,5 faiz artıb, yükdaşıma xidmətlərində isə 0,4 faiz azalma qeydə alınıb. Anbar və yardımçı nəqliyyat xidmətləri üzrə qiymətlərdə isə 0,7 faiz artım müşahidə olunub.
Eyni dövrdə poçt və kuryer xidmətləri üzrə istehsalçı qiymət indeksi 0,5 faiz azalaraq 99,5 faiz olub.
Reklam xidmətlərində bu göstərici 99,9 faizlə cüzi enişi əks etdirib.
Rabitə, proqram təminatının işlənməsi, informasiya texnologiyaları üzrə məsləhət və əlaqəli fəaliyyət sahələrində isə qiymətlər sabit qalıb – indeks 100,0 faiz olaraq dəyişməyib.
Gülnar Nazimqızı


