Ən çox seçilən universitetlər dəyişir - Abbaszadə

2025-ci ildə ən çox plan yeri ayrılmış ali məktəb Bakı Dövlət Universitetidir (5.900 yer). Bu barədə DİM sədri Məkeykə Abbaszadə məlumat verib.
Daha sonra Azərbaycan Tibb Universiteti, Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Texniki Universiteti gəlir.
Lakin əvvəlki illərlə müqayisədə bəzi universitetlərin mövqeləri dəyişib.
“Məsələn, memarlıq ixtisası bu il daha çox seçilir, mühəndislik isə keçən ilə nisbətən geri düşüb,” – Abbaszadə əlavə edib.
Onun sözlərinə görə, bəzi abituriyentlər yalnız konkret qrup üzrə, yalnız bir universitet və ya bir ixtisas seçirlər ki, bu da qəbul prosesində uğur şanslarını azalda bilər.
N.Təbrizli


