Beş ayda ölkəyə 210 avtobus gətirilib

2025-ci ilin yanvar-may aylarında Azərbaycana 39 009 ədəd minik avtomobili, 3 337 ədəd yük avtomobili və 210 ədəd avtobus idxal olunub. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
İdxal olunan malların 44,2 faizi avtomobil nəqliyyatı vasitəsilə gətirilib.
Digər nəqliyyat növləri üzrə idxal payları isə belədir: hava nəqliyyatı – 36,1 faiz, dəniz nəqliyyatı – 10,4 faiz, dəmir yolu nəqliyyatı – 9,0 faiz, boru kəməri və elektrik ötürücü xətləri ilə isə 0,3 faiz.
Ölkənin ixracında əsas ticarət tərəfdaşları İtaliya (46,6 faiz), Türkiyə (13,0 faiz), Rusiya (4,1 faiz), Xorvatiya (3,7 faiz) və Rumıniya (3,5 faiz) olub. Bundan əlavə, Yunanıstan (3,0 faiz), Portuqaliya, Bolqarıstan və Çexiya (hər biri 2,8 faiz), Almaniya (2,7 faiz), Gürcüstan (2,5 faiz), İsveçrə (1,7 faiz) və Birləşmiş Krallıq (1,3 faiz) da önəmli ixrac ölkələri sırasındadır.
Digər ölkələr arasında Niderland və İrlandiya (hər biri 1,2 faiz), Serbiya (0,9 faiz), Ukrayna (0,8 faiz), Tailand və İndoneziya (hər biri 0,7 faiz), Danimarka (0,5 faiz), Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstan (hər biri 0,4 faiz) yer alıb. Digər ölkələrə ixrac isə ümumilikdə 2,7 faiz təşkil edib.
Gülnar Nazimqızı

