Söyüş söyən reper saxlanılıb

Azərbaycanda “Epi” səhnə adı ilə tanınan reper Əkbər Novruzlu polis tərəfindən saxlanılıb. Bu barədə anews.az-a daxil olan məlumatda bildirilib.
Novruzlunun saxlanılmasına səbəb bir neçə gün əvvəl Bakıda keçirilən kütləvi tədbirdə səsləndirdiyi rep ifasında qeyri-etik və ədəbsiz ifadələrdən istifadə etməsi olub.
İfa açıq məkanda — Bakı bulvarında təşkil edilən tədbir zamanı səsləndirilib və daha sonra sosial şəbəkələrdə yayılıb.
Hadisə ictimaiyyətdə birmənalı qarşılanmayıb və hazırda reperlə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Aytac Zeynalova