COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə əlavələrin müddəti uzadılıb

Azərbaycan hökuməti COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə əməkhaqqı əlavələrinin müddətini oktyabr ayına qədər uzadıb. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərar pandemiyaya qarşı fəaliyyət göstərən səhiyyə işçilərinin maliyyə dəstəyini davam etdirməyi nəzərdə tutur.
Əməkhaqqına əlavə ilk dəfə 2020-ci ildə pandemiyanın geniş yayıldığı dövrdə tətbiq edilmişdi və dövri olaraq uzadılır.