• $
  • €
  • ₽
  • ₺
  • £

Audiovizual Şura “Xəzər TV”yə cinsi ayrı-seçkiliklə bağlı xəbərdarlıq edib

Audiovizual Şura “Xəzər TV”yə cinsi ayrı-seçkiliklə bağlı xəbərdarlıq edib
18.07.2025 15:48

Azərbaycan Respublikası Audiovizual Şurası bu gün keçirilən onlayn iclasında “Xəzər TV”də yayımlanan “Qonaqcanlı” proqramında səsləndirilmiş fikirləri müzakirə edərək televiziya kanalına xəbərdarlıq edib.

Şuradan verilən məlumata görə, 16 iyul 2025-ci il tarixli proqramda kişi-qadın münasibətləri mövzusunda aparıcının sualına cavab verən qonağın “Allah kişini üstün yaradıb” kimi ifadələri cinsi ayrı-seçkilik kimi qiymətləndirilib. Müzakirələr zamanı bildirilib ki, aparıcının əvvəlcədən verdiyi sual və qonağın fikirlərinə etiraz etməməsi bu cür diskriminativ fikirlərin yayılmasına şərait yaradıb.

Audiovizual proqramların monitorinqi və təhlili nəticəsində proqramın “Media haqqında” Qanunun 14.1.4-cü maddəsini – cinsi ayrıseçkiliyin təbliği qadağasını – pozduğu müəyyən edilib və bu rəy Şuranın hüquqşünasları tərəfindən də təsdiqlənib.

İclasda iştirak edən Şura üzvləri yekdilliklə “Xəzər TV”yə xəbərdarlıq edilməsinə və bütün yayımçılardan gələcəkdə oxşar mövzularda qanunvericiliyin tələblərinə riayət olunmasının tələb edilməsinə dair qərar qəbul ediblər.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol