Baş Prokurorluq Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirib

Milli Mətbuat Günü münasibətilə Baş Prokurorluqda media nümayəndələri ilə görüş keçirilib.
Tədbirdə Baş Prokurorluğun rəhbər şəxsləri və əməkdaşları ilə yanaşı, onlayn və çap mediasının, televiziya və radio kanallarının nümayəndələri iştirak ediblər.
Görüşün məqsədi prokurorluq orqanları ilə media arasında əməkdaşlığın möhkəmləndirilməsi, informasiya mübadiləsinin təkmilləşdirilməsi və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi olub.
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Saleh Hacıyev çıxışında qurumun media ilə şəffaf və davamlı əməkdaşlığa önəm verdiyini bildirib. O, mövcud işbirliyini müsbət qiymətləndirərək, qarşıdakı dövr üçün prioritetləri jurnalistlərin diqqətinə çatdırıb.