Prezident Əliyev Misir liderini İnqilab Günü münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə həmkarı Əbdülfəttah əs-Sisiyə təbrik məktubu göndərib.
Əliyev məktubda Misir xalqını təbrik edərək, iki ölkə arasında əməkdaşlığın müsbət inkişaf dinamikasını vurğulayıb. O, yüksək səviyyəli qarşılıqlı səfərlərin və müntəzəm təmasların ikitərəfli əlaqələrin möhkəmlənməsində önəmli rol oynadığını qeyd edib.
“Bu gün müxtəlif sahələrdə münasibətlərimizin dərinləşdirilməsi üçün böyük potensial mövcuddur,” – məktubda bildirilib.
Azərbaycan Prezidenti, həmçinin, iki ölkə arasında ənənəvi dostluq və əməkdaşlığın gələcəkdə də genişlənəcəyinə ümid etdiyini ifadə edib və Misir Prezidentinə cansağlığı, xoşbəxtlik, ölkə xalqına isə əmin-amanlıq və rifah arzulayıb.
Son xəbərlər
Daha çox 