Aqrar sığortada süni intellekdən istifadə genişləndiriləcək

Azərbaycanda Aqrar Sığorta Fondu Kənd Təsərrüfatı Nazirliyi ilə birgə həyata keçirdiyi layihə çərçivəsində süni intellekt texnologiyalarını sığorta risklərinin təhlilində tətbiq edir. Bu barədə Fondun sədri Fuad Sadıqov anews.az-ın sualına cavab olaraq deyib.
Layihə çərçivəsində süni intellekt hadisələrin başvermə ehtimalı və tezliyini proqnozlaşdırır, eyni zamanda konkret coğrafi ərazilərdə hansı bitkilərin daha çox hansı risklərə məruz qala biləcəyinə dair tövsiyələr hazırlayır.
“Təbii ki, bu texnologiyadan istifadəni genişləndirəcəyik,” — Sadıqov bildirib.
Yeni alət kənd təsərrüfatı sığortalarında risklərin daha dəqiq idarə olunması və qərarların optimallaşdırılması baxımından innovativ yanaşma kimi qiymətləndirilir.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox 