Altı ayda 13 milyon manatdan çox sığorta haqqı toplanılıb - Fond

Azərbaycanda 2025-ci ilin ilk altı ayı ərzində Aqrar Sığorta Fondu tərəfindən 13 milyon manatdan çox sığorta haqqı toplanıb. Bu barədə qurumun sədri Fad Sadıqov jurnalistlərin suallarını cavablayarkən deyib.
"Hazırkı mərhələdə həyata keçirilmiş sığorta ödənişlərinin ümumi məbləği 4,5 milyon manatı keçib. Bu ödənişlər əsasən ötən ilin sonu və cari ilin birinci rübündə qeydə alınan zərərlərlə bağlı olub. Taxıl və pambıq mövsümü hələ davam etdiyindən, 2025-ci ilin ikinci rübündə baş verən hadisələr üzrə ödənişlərin tənzimlənməsi ilin ikinci yarısında həyata keçiriləcək.İlin sonuna qədər sığorta ödənişlərinin ümumi məbləğinin 8–9 milyon manata çatacağı proqnozlaşdırılır. Bu, fond üçün rekord göstəricidir,” — qurum sədri qeyd edib.
Fond rəhbərliyi sığorta haqları və ödənişlərin ildən-ilə artacağına ümid etdiyini bildirib.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox 