Sığorta ödənişlərinin əhatəsi genişləndirilir - Fuad Sadıqov

Aqrar Sığorta Fondu sığorta hadisələrinin siyahısı genişləndiriləcək. Bunu jurnalistlərə açıqlamasında Fondun sədri Fuad Sadıqov deyib.
Sədr bildirilib ki, heyvandarlıq sahəsində bala atma, doğuş zamanı heyvanın tələf olması və yoluxucu xəstəliklər kimi hallar da sığorta təminatına daxil ediləcək. Hazırda bu risklər sistemdə nəzərdə tutulmur.
“Sığorta hadisələrinin siyahısı genişləndiriləcək. Əsas məqsəd fermerlərin daha geniş risklərdən qorunmasını təmin etməkdir. Bitkiçilik sahəsində ödənişlərin daha tez və izahlı şəkildə həyata keçirilməsi üçün də prosedurlar sadələşdirilir. Heyvanlar əsasən qapalı şəraitdə saxlanılır, lakin bitkiçilik açıq mühitdə olduğundan risklər daha çoxdur,” — açıqlamada vurğulanıb.
Hazırda heyvan sayının milyonlarla olduğu qeyd edilsə də, yalnız on minlərlə heyvanın sığortalandığı bildirilir. Bu fərqin əsas səbəbi kimi heyvanların qeydiyyat prosesinin tam başa çatmaması göstərilir.
Bununla yanaşı, quşçuluq və arıçılıq sahələrinin də sığortalanması üçün hüquqi baza hazırlanıb.
“Qanunvericilik və normativ aktlar təqdim edilib. Ümid edirik ki, ilin sonuna kimi bu sahələr üzrə də sığortanı işə salacağıq,” — Sadıqov bildirilib.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox 