“Defacto” mağazasına qiymət uyğunsuzluğuna görə 4.000 manat cərimə kəsilib

Bakının Nərimanov rayonunda yerləşən “Gənclik Mall” Ticarət Mərkəzində fəaliyyət göstərən “Defacto” mağazası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tərtib etdiyi protokol əsasında 4.000 manat məbləğində cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, inzibati xətaya səbəb mağazada üzərində 39.99 manat qiyməti göstərilmiş geyimin kassada 44.99 manatdan satılması faktı olub.
İş İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi (istehlakçıların az miqdarda aldadılması) üzrə məhkəməyə təqdim edilib. Məhkəmə mağaza rəhbərliyini təqsirli bilərək 4.000 manat cərimə təyin edib.
Antiinhisar Xidməti istehlakçılara qiymət uyğunsuzluqları hallarında aidiyyəti qurumlara müraciət etməyi tövsiyə edir.
Son xəbərlər
Daha çox 