• $ 1.7
  • € 1.9873
  • ₽ 0.021736
  • ₺ 0.0421
  • £ 2.2912

Azercell gənclər üçün “DataMinds Bootcamp” proqramına start verdi

Azercell gənclər üçün “DataMinds Bootcamp” proqramına start verdi
23.07.2025 16:14

500-ə yaxın müraciətçi arasından 31 tələbə proqramda iştirak hüququ qazanıb
21 iyul tarixində Azercell-in təşkil etdiyi “DataMinds Bootcamp” proqramının açılış mərasimi baş tutub. “Amazon Web Services”in (AWS) texnoloji dəstəyi ilə həyata keçirilən layihə gənclərin data və süni intellekt sahəsində potensialını artırmaq, həmçinin ölkədə data sənayesinin inkişafına töhfə vermək məqsədi daşıyır.  


Tədbirdə çıxış edən Azercell-in İnsan Kapitalının İdarə Edilməsi departamentinin direktoru Dilarə Hüseynova şirkətin gənclərin inkişafına verdiyi əhəmiyyəti vurğulayaraq, proqram çərçivəsində tələbələr üçün nəzərdə tutulan imkanlar barədə məlumat verib.
Azercell-in Texnologiya və İnformasiya üzrə Baş direktoru Corc Held çıxışında şirkətin transformasiya strategiyasının süni intellekt, bulud texnologiyaları, güclü tərəfdaşlıq ekosistemi və innovasiya yönümlü təşəbbüslərə əsaslandığını qeyd edib. O, “DataMinds Bootcamp” proqramınının bu sahədə istedadlı və yenilikçi gənclərin gələcəyin texnologiya liderləri kimi yetişdirilməsində mühüm rol oynayacağını bildirib.


Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) Rəqəmsal Transformasiya departamentinin direktoru Orxan Quliyev isə öz növbəsində data və süni intellekt texnologiyalarının müasir biznes və sənaye sahələrində artan roluna toxunaraq, onların qərarvermənin sürətləndirilməsi, proseslərin optimallaşdırılması və effektivliyin artırılmasında mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.


Tədbir zamanı şirkətin innovasiya təşəbbüsləri, korporativ sosial məsuliyyət layihələri və əsas fəaliyyət istiqamətləri iştirakçılara təqdim olunub, sonra isə sual-cavab sessiyası keçirilib.
Qeyd edək ki, “DataMinds bootcamp”ına  ümumilikdə 500-ə yaxın müraciət daxil olub. Üç mərhələli seçim prosesinin nəticəsində yerli və beynəlxalq ali məktəblərdə təhsil alan 31 bakalavr və magistr tələbəsi proqramda iştirak hüququ qazanıb. Seçilmiş iştirakçılar arasında Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Fransız-Azərbaycan Universiteti (UFAZ), ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti, Xəzər Universiteti, New York Universiteti (NYU) və Varşava Texnologiya Universitetinin tələbələri yer alır. 


Yeddi həftəlik təlim proqramı çərçivəsində iştirakçılar interaktiv təlimlərdə iştirak edəcək, peşəkar mentorların dəstəyi ilə nəzəri biliklərini real biznes ssenariləri üzərində sınayacaq və yekunda öz layihələrini təqdim edəcəklər. Proqramı uğurla tamamlayan iştirakçılar sertifikatla təltif olunacaq və Azercell-də işə qəbul imkanı əldə edəcəklər.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Buzovnada dənizdə bir nəfər batıb
Cəmiyyət 20:26
Buzovnada dənizdə bir nəfər batıb
Hava ilə bağlı xəbərdarlıq
Cəmiyyət 19:47
Hava ilə bağlı xəbərdarlıq
Füzulidə açıq ərazi yanır, helikopter cəlb olunub/Yenilənib
Cəmiyyət 18:03
Füzulidə açıq ərazi yanır, helikopter cəlb olunub/Yenilənib
Bakıda bu 2 avtobusun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 17:21
Bakıda bu 2 avtobusun hərəkət sxemi dəyişdirilir
Azercell gənclər üçün “DataMinds Bootcamp” proqramına start verdi
Cəmiyyət 16:14
Azercell gənclər üçün “DataMinds Bootcamp” proqramına start verdi
Magistraturaya elektron sənəd qəbuluna başlanılır
Cəmiyyət 15:39
Magistraturaya elektron sənəd qəbuluna başlanılır
DSX-nin hərbçisi xəstəlikdən vəfat edib
Cəmiyyət 15:07
DSX-nin hərbçisi xəstəlikdən vəfat edib
"KFC" və "McDonald"s-dan sifariş edənlərin diqqətinə - Ehtiyatlı olun
Cəmiyyət 14:52
"KFC" və "McDonald"s-dan sifariş edənlərin diqqətinə - Ehtiyatlı olun
“Defacto” mağazasına qiymət uyğunsuzluğuna görə 4.000 manat cərimə kəsilib
Cəmiyyət 13:59
“Defacto” mağazasına qiymət uyğunsuzluğuna görə 4.000 manat cərimə kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol