Bakıda bu 2 avtobusun hərəkət sxemi dəyişdirilir

Bakıda iki müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
İyulun 24-25-də 126 və 554 nömrəli müntəzəm marşrutların hərəkət sxemi üzrə yerləşən dəmir yolu keçidində (Puta-Abşeron mənzilinin tək yolu) aidiyyəti qurum tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Məhdudiyyət səbəbindən 126 nömrəli marşrutun hərəkəti müvəqqəti olaraq Şonqar qəsəbəsi - Dəmir yolu keçidi və Dəmir yolu keçidi - “Sədərək” ticarət mərkəzi, 554 nömrəli marşrutun hərəkəti isə Güzdək qəsəbəsi - Dəmir yolu keçidi və Dəmir yolu keçidi - Lökbatan qəsəbəsi istiqamətləri üzrə təşkil olunacaq.
Son xəbərlər
Daha çox 