Polis iyulun 23-də 64 cinayətin üstünü açıb

İyulun 23-də respublika ərazisində qeydə alınmış 64 cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması təmin olunub. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
Həmin gün ərzində axtarışda olan ümumilikdə 92 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 68 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 33, qanunsuz silah-sursatın saxlanılması ilə bağlı isə 11 fakt aşkarlanıb.
Ümumilikdə cinayət törətməkdə şübhəli bilinən 67 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.
Gülnar Nazimqızı