• $ 1.7
  • € 1.9961
  • ₽ 0.021425
  • ₺ 0.0419
  • £ 2.2937

Əmlak Xidməti və tabeli qurumlarda dövlət vəsaitlərinin istifadəsində uyğunsuzluq aşkarlanıb

Əmlak Xidməti və tabeli qurumlarda dövlət vəsaitlərinin istifadəsində uyğunsuzluq aşkarlanıb
28.07.2025 16:40

Azərbaycan Hesablama Palatası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) və onun tabeliyindəki qurumlar üzrə uyğunluq auditi nəticəsində dövlət vəsaitlərinin istifadəsində ciddi uyğunsuzluqlar aşkar edib. Bu barədə qurum məlumat yayıb. 

Palatanın hesabatına əsasən, 2015–2024-cü illər ərzində xaricdə yerləşən Mədəniyyət Mərkəzinin əmlakının sığortalanması məqsədilə iki ayrı qurum tərəfindən paralel ödənişlər həyata keçirilib. ƏMDX tərəfindən bu məqsədlə 1,316 milyon manat, Mədəniyyət Mərkəzi tərəfindən isə 274,779 avro məbləğində vəsait qeyri-rezident sığorta şirkətinə ödənilib.

Hesablama Palatası məsələ ilə bağlı 2024-cü ilin noyabrında Maliyyə Nazirliyinə rəsmi məktub göndərib.

Bundan əlavə, audit zamanı dövlət əmlakının idarəetməyə verilməsindən əldə olunan gəlirlərin dövlət büdcəsinə düzgün təsnifatla daxil edilmədiyi müəyyən edilib. Hər iki məsələ üzrə icra hələ başa çatmayıb və nəzarət tədbirləri davam etdirilir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Dənizdən cəsəd çıxarıldı
Cəmiyyət 22:22
Dənizdən cəsəd çıxarıldı
DTX imtahanlarda texniki fırıldaqçılıqla məşğul olan şəbəkə təşkilatçılarını saxlayıb
Cəmiyyət 19:33
DTX imtahanlarda texniki fırıldaqçılıqla məşğul olan şəbəkə təşkilatçılarını saxlayıb
Bakıda məktəb direktoruna sosial şəbəkələrdəki şikayətlərdən sonra töhmət verilib
Cəmiyyət 18:56
Bakıda məktəb direktoruna sosial şəbəkələrdəki şikayətlərdən sonra töhmət verilib
Süraxanı sakini məsciddə qətlə yetirilib – şübhəli şəxs saxlanılıb - TƏFƏRRÜATLAR
Cəmiyyət 18:43
Süraxanı sakini məsciddə qətlə yetirilib – şübhəli şəxs saxlanılıb - TƏFƏRRÜATLAR
Azərbaycan və Vatikan dini əməkdaşlıq haqqında sənəd imzalayıb
Cəmiyyət 18:20
Azərbaycan və Vatikan dini əməkdaşlıq haqqında sənəd imzalayıb
Azərbaycanda qadağan olunan adlar yoxdur - Ədliyyə Nazirliyi
Cəmiyyət 18:05
Azərbaycanda qadağan olunan adlar yoxdur - Ədliyyə Nazirliyi
“Azəriqaz”dan kollektiv cəza — 25 borcluya görə, yüzlərlə sakin qazsız qalıb- ŞIKAYƏT
Cəmiyyət 17:46
“Azəriqaz”dan kollektiv cəza — 25 borcluya görə, yüzlərlə sakin qazsız qalıb- ŞIKAYƏT
Bir sıra dövlət xadimləri adından reallığı əks etdirməyən açıqlamalar yayılıb
Cəmiyyət 17:45
Bir sıra dövlət xadimləri adından reallığı əks etdirməyən açıqlamalar yayılıb
ADY: Azərbaycana Çindən gələn blok-qatarların sayı iki dəfədən çox artıb
Cəmiyyət 17:39
ADY: Azərbaycana Çindən gələn blok-qatarların sayı iki dəfədən çox artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox