• $
  • €
  • ₽
  • ₺
  • £

Sahibə Qafarova Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb

Sahibə Qafarova Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb
28.07.2025 19:54

İsveçrənin Cenevrə şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonq ilə görüşüb.

Milli Məclisdən bildirilib ki, görüşdə Azərbaycan Respublikasının Milli Məclisi ilə Parlamentlərarası İttifaq arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Spiker Sahibə Qafarova beynəlxalq tədbirlər çərçivəsində Parlamentlərarası İttifaqın Baş katibi və prezidenti ilə müxtəlif görüşlərini məmnunluqla xatırladaraq, Milli Məclislə Parlamentlərarası İttifaq arasında əməkdaşlığın mövcud vəziyyətindən məmnunluğunu ifadə edib. Bildirilib ki, Parlamentlərarası İttifaq beynəlxalq əməkdaşlıq baxımından səmərəli platformadır.

Söhbət zamanı Azərbaycanın təşkilatda yüksək səviyyədə və fəal şəkildə təmsil olunması müsbət qiymətləndirilib. Milli Məclisin deputatlarının təşkilatın rəhbər orqanlarında təmsil olunmasından məmnunluq ifadə edilib.

Görüşdə ötən il Azərbaycanın evsahibliyi ilə keçirilən COP29 çərçivəsində Parlamentləarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə baş tutan parlament konfransının yüksək səviyyədə təşkil olunduğu bir daha qeyd olunaraq, vurğulanıb ki, tərəflərin birgə əməkdaşlığı ilə bir sıra tədbirlərin uğurla reallaşdırılması əməkdaşlığın daha da dərinləşməsinə imkanlar yaradır

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol