• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Vatikan dini əməkdaşlıq haqqında sənəd imzalayıb

Azərbaycan və Vatikan dini əməkdaşlıq haqqında sənəd imzalayıb
28.07.2025 18:20

Azərbaycan və Vatikan arasında dini və mədəni əməkdaşlığın gücləndirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb. Bu barədə Dövlət Dini Qurumlarla İş üzrə Komitə məlumat yayıb.

Sənəd Komitənin sədri Ramin Məmmədov və Vatikanın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuovakad tərəfindən imzalanıb. Tərəflər birgə tədbirlər keçirmək, təcrübə mübadiləsi aparmaq və dini təhsil sahəsində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.

Kardinal Kuovakad sənədi 2011-ci ildə imzalanmış “Azərbaycanda Katolik Kilsəsinin hüquqi statusu haqqında” sazişin davamı adlandırıb və bunun ölkədə dini azlıqlara hörmətin göstəricisi olduğunu bildirib. O, təşəbbüsə dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib.

Tədbirdə Azərbaycanın Müqəddəs Taxt-Tac yanında səfiri İlqar Muxtarov da iştirak edib.

N.Təbrizli

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol