• $ 1.7
  • € 1.9961
  • ₽ 0.021425
  • ₺ 0.0419
  • £ 2.2937

Süraxanı sakini məsciddə qətlə yetirilib – şübhəli şəxs saxlanılıb - TƏFƏRRÜATLAR

Süraxanı sakini məsciddə qətlə yetirilib – şübhəli şəxs saxlanılıb - TƏFƏRRÜATLAR
28.07.2025 18:43

Bakının Süraxanı rayonunun Bülbülə qəsəbəsində yerləşən məsciddə qətlə yetirilən 35 yaşlı Nadim Səfərovun ölümü ilə bağlı istintaq davam edir. Hadisə səhər namazından dərhal sonra baş verib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun məlumatına görə, cinayətdə şübhəli bilinən şəxs – 1996-cı il təvəllüdlü Elvin Məmmədov saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İlkin məlumatlara görə, şübhəli şəxs qurbanına 30-a yaxın bıçaq zərbəsi endirib. Yerli sakinlərin bildirdiyinə görə, qətlə yetirilən Nadim Səfərov qəsəbədə sakitliyi, xeyirxahlığı və dini fəaliyyəti ilə tanınırdı.

O, bir müddət Rusiyada və Türkiyədə yaşayıb, Azərbaycana döndükdən sonra narkotik vasitələrdən asılı olan gənclərlə işləyərək onları sağlam həyata qaytarmağa çalışıb. Bu fəaliyyəti ona yerli icma arasında böyük hörmət qazandırmışdı.

Sakinlərin sözlərinə görə, şübhəli şəxs – Elvin Məmmədov – İkinci Qarabağ müharibəsinin iştirakçısı olub.

Müharibədən qayıtdıqdan sonra onun psixoloji problemləri müşahidə olunmağa başlayıb. Hadisədən bir neçə gün əvvəl o, Bülbülədəki bir mağazaya bıçaqla girərək satıcıya hədə-qorxu gəlib və siqaret tələb edib. Digər yerlərdə də insanlardan pul və siqaret istədiyi bildirilir.

Hadisənin təfərrüatları barədə yerli sakinlər və mərhumun yaxınları danışmaq istəmirlər.

Məsciddə keçirilən vida mərasimində media nümayəndələrinin çəkiliş aparmasına icazə verilməyib, ailənin hələ də dərin sarsıntı yaşadığı bildirilib.

“Bu, yalnız bir ailənin deyil, bütün qəsəbənin faciəsidir. İnsanlar bu hadisədən danışmaq istəmir, çünki bu acı hələ çox təzədir”, –  yerli sakinlərdən biri haqqın.az bildirib.

Hazırda hüquq-mühafizə orqanları hadisənin motivlərini və digər detalları araşdırır. Ekspertiza təyin olunub, şahidlər dindirilir.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Araz Ağalarov Bakıda – Oğlu Emin Ağalarovla “Sea Breeze”də
Cəmiyyət 22:54
Araz Ağalarov Bakıda – Oğlu Emin Ağalarovla “Sea Breeze”də
Dənizdən cəsəd çıxarıldı
Cəmiyyət 22:22
Dənizdən cəsəd çıxarıldı
DTX imtahanlarda texniki fırıldaqçılıqla məşğul olan şəbəkə təşkilatçılarını saxlayıb
Cəmiyyət 19:33
DTX imtahanlarda texniki fırıldaqçılıqla məşğul olan şəbəkə təşkilatçılarını saxlayıb
Bakıda məktəb direktoruna sosial şəbəkələrdəki şikayətlərdən sonra töhmət verilib
Cəmiyyət 18:56
Bakıda məktəb direktoruna sosial şəbəkələrdəki şikayətlərdən sonra töhmət verilib
Süraxanı sakini məsciddə qətlə yetirilib – şübhəli şəxs saxlanılıb - TƏFƏRRÜATLAR
Cəmiyyət 18:43
Süraxanı sakini məsciddə qətlə yetirilib – şübhəli şəxs saxlanılıb - TƏFƏRRÜATLAR
Azərbaycan və Vatikan dini əməkdaşlıq haqqında sənəd imzalayıb
Cəmiyyət 18:20
Azərbaycan və Vatikan dini əməkdaşlıq haqqında sənəd imzalayıb
Azərbaycanda qadağan olunan adlar yoxdur - Ədliyyə Nazirliyi
Cəmiyyət 18:05
Azərbaycanda qadağan olunan adlar yoxdur - Ədliyyə Nazirliyi
“Azəriqaz”dan kollektiv cəza — 25 borcluya görə, yüzlərlə sakin qazsız qalıb- ŞIKAYƏT
Cəmiyyət 17:46
“Azəriqaz”dan kollektiv cəza — 25 borcluya görə, yüzlərlə sakin qazsız qalıb- ŞIKAYƏT
Bir sıra dövlət xadimləri adından reallığı əks etdirməyən açıqlamalar yayılıb
Cəmiyyət 17:45
Bir sıra dövlət xadimləri adından reallığı əks etdirməyən açıqlamalar yayılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol