İyulda günvurma ilə bağlı 53 nəfər müraciət edib

2025-ci ilin iyulunda Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhərindən günvurma ilə bağlı 53 nəfər (18-i qadın, 35-i kişi cinsli olmaqla) müraciət edib. Bu barədə Anews.az-ın sorğusuna TƏBİB-dən bildirilib.
Onlardan 28 nəfəri tibb müəssisəsinə hospitalizasiya olunub, 21 nəfərə yerində tibbi yardım göstərilib.
Bakı üzrə 4 nəfərin tibbi xidmətdən imtinası qeydə alınıb.
Regionlar üzrə günvurma ilə bağlı isə Quba, Ağstafa, Sabirabad, Hacıqabul, Neftçala və Zaqatala rayonlarından daxil olun müraciətlər üzrə 6 nəfər tibb müəssisələrinə hospitalizasiya olunub, 4 nəfərə isə yerində tibbi yardım göstərilib
Aytac Zeynalova
Son xəbərlər
Daha çox 