“Sovetski” ərazisində köhnə binaların söküntüsünə başlanılıb

Bakının Yasamal rayonu ərazisində yerləşən və qeyri-rəsmi olaraq “Sovetski” kimi tanınan ərazidə istismar müddətini başa vurmuş, qəzalı vəziyyətdə olan binaların söküntüsünə başlanılıb. Bu barədə yerli media məlumat yayıb.
Söküntü işləri həm sakinlərin təhlükəsizliyinin təmin edilməsi, həm də şəhərsalma baxımından planlaşdırılan layihələrin icrası üçün həyata keçirilir.
Hazırda ərazidə genişləndirilən Mərkəzi Parkın ümumi sahəsi 35,4 hektara çatıb. Şəhərin mərkəzində salınan bu yaşıllıq zonası ekoloji və sosial baxımdan əhəmiyyətli layihə hesab olunur.
Rəsmi məlumatlara görə, söküntü işləri parkın daha da genişləndirilməsi, əlavə yaşıllıq sahələrinin yaradılması və ictimai infrastruktur layihələrinin reallaşdırılması məqsədi daşıyır.
Aytac