Ailə başçısını itirməyə görə pensiya və müavinət alanların sayı açıqlanıb

2025-ci ilin iyulunda ailə başçısını itirməyə görə 188 106 nəfərə pensiya və müavinət ödənilib. Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Onlardan 135 900 nəfərdən çoxu pensiya, 52 100 nəfərdən çoxu isə müavinət alıb.
Cari ilin iyulunda Azərbaycanda xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 148 489 nəfər təşkil edib.
Onların 112 548 nəfəri yaşa, 14 211 nəfəri əlilliyə, 21 730 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.
Aytac Zeynalova