Bakı–Keşlə sahəsində təmir səbəbilə dairəvi dəmir yolunda bəzi reyslər ləğv edilib

Bakı–Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, 7 avqust 2025-ci il tarixində Abşeron dairəvi dəmir yolu üzrə axşam saatlarında nəzərdə tutulan bir sıra qatar reysləri ləğv olunub. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Ləğv olunan reyslər aşağıdakılardır:
Saat 17:47 – Bakı–Xırdalan
Saat 17:50 – Sumqayıt–Bakı (Xırdalan istiqaməti ilə)
Saat 18:10 – Bakı–Sumqayıt (ekspres)
Saat 18:20 – Xırdalan–Bakı
Saat 19:02 – Sumqayıt–Bakı (ekspres)
Saat 19:27 – Sumqayıt–Bakı (Xırdalan istiqaməti ilə)
Qurum bəzi digər reyslərdə də qısamüddətli gecikmələrin ola biləcəyini bildirib və sərnişinlərdən yaranan narahatlığa görə anlayışlı olmalarını xahiş edib.
Aytac
Son xəbərlər
Daha çox 