Doğulan körpə 25 yaşına qədər metrodan pulsuz istifadə edəcək - Metropoliten rəsmisi

Avqustun 8-də 20 Yanvar metro stansiyasında dünyaya gələn körpəyə 25 yaşınadək metrodan ödənişsiz istifadə hüququ veriləcək. Bunu Bakı Metropoliteni QSC-nin rəsmisi Anar Zamanov mətbuata açıqlamasında deyib.
Zamanov bildirib ki, yeni doğulmuş uşaq Bakı metrosunun “xüsusi sərnişini” statusunu alacaq.
Bununla yanaşı, ailəyə simvolik hədiyyələr təqdim olunacaq.
Hadisə avqustun 8-də “20 Yanvar” stansiyasında baş verib. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin məlumatına görə, doğuş stansiyada baş tutub və körpə 2,2 kq çəki ilə dünyaya gəlib.
Ana və uşağın vəziyyəti stabildir.
Aytac
Son xəbərlər
Daha çox 