• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ razılaşmaları Ermənistanın maraqlarına uyğun deyil - Rusiyalı deputat

ABŞ razılaşmaları Ermənistanın maraqlarına uyğun deyil - Rusiyalı deputat
08.08.2025 11:39

Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında ABŞ-da keçirilməsi planlaşdırılan görüş üzrə razılaşmalar İrəvanın maraqlarına uyğun deyil. Bu barədə Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin  TASS-a bildirib.

Zatulin, Bakı ilə İrəvan arasında hazırlanan sülh sazişi çərçivəsində irəli sürülən şərtlərin, xüsusilə Zəngəzur dəhlizinə nəzarətin ABŞ-ın təklif etdiyi özəl şirkətə verilməsi təklifinin Ermənistan üçün sərfəli olmadığını deyib.

“Əgər bu razılaşmalar Ermənistanın milli maraqlarına əsaslanmırsa, bu, Paşinyanın Qərbə inteqrasiya siyasətini əks etdirir və Azərbaycanla Türkiyənin maraqlarına uyğundur,” – Zatulin qeyd edib.

Deputat əlavə edib ki, Zəngəzur dəhlizinə xarici nəzarət həmçinin regionda İran üçün də strateji təhdid yarada bilər.

“Bu, ABŞ və qismən İsrailin maraqlarına uyğun gəlir. Zəngəzur dəhlizi vasitəsilə Azərbaycan və Türkiyənin fiziki birləşməsi təkcə Rusiyanı deyil, İranı da narahat edir,” – o bildirib.

Ermənistan hökuməti Paşinyanın bugün Vaşinqtonda ABŞ və Azərbaycan liderləri ilə görüşəcəyi planlaşdırılır.

ABŞ prezidenti Donald Tramp bildirib ki, Bakı və İrəvan bu həftə Vaşinqtonda sülh sazişi üzrə razılıq əldə etməyə hazırdırlar.

Gülnar 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sahibə Qafarova Qazaxıstana səfər edib
Siyasət 18:48
Sahibə Qafarova Qazaxıstana səfər edib
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Siyasət 18:32
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
İran Zəngəzur dəhlizi ilə bağlı xəbərdarlıq edib
Siyasət 16:51
İran Zəngəzur dəhlizi ilə bağlı xəbərdarlıq edib
İlham Əliyev brazilyalı həmkarını təbrik edib
Siyasət 15:49
İlham Əliyev brazilyalı həmkarını təbrik edib
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək
Siyasət 13:12
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək
Sədr: pensiyaçıların sayı sabit qalsa da, pensiya xərcləri artır
Siyasət 11:49
Sədr: pensiyaçıların sayı sabit qalsa da, pensiya xərcləri artır
İlham Əliyev Sammit iştirakçılarına müraciət ünvanlayıb
Siyasət 10:26
İlham Əliyev Sammit iştirakçılarına müraciət ünvanlayıb
Ərdoğandan İlham Əliyevə və Azərbaycan xalqına səmimi mesaj
Siyasət 22:34
Ərdoğandan İlham Əliyevə və Azərbaycan xalqına səmimi mesaj
ICESCO-nun Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib
Siyasət 18:55
ICESCO-nun Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol