Sürücülərin diqqətinə: Bu halda 40 manat ödəyəcəksiniz

Bəzi sürücülərin avtomobili idarə edərkən əllərini pəncərədən çölə çıxarması qəza riskini artırır. Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumatda deyilir.
İdarədən verilən məlumata görə, bu davranış nəqliyyat vasitəsinin idarə olunmasında çətinlik yaradır və yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.
"Mövcud qanunvericiliyə əsasən, sürücü hərəkət zamanı sükanı əldən buraxmamalıdır. Belə hallar aşkar olunduğu təqdirdə, İnzibati Xətalar Məcəlləsinin 342.1.4-cü maddəsinə əsasən 40 manat məbləğində cərimə tətbiq olunur", – qurumun açıqlamasında deyilir.
Polis sürücüləri diqqətli olmağa və yol hərəkəti qaydalarına əməl etməyə çağırıb.
Gülnar
Son xəbərlər
Daha çox 