Güclü külək əsəcək - Sarı xəbərdarlıq

Azərbaycanda avqustun 8-i axşamdan 11-i gündüzədək bir sıra rayonlarda və Bakıda şimal-qərb küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda, Abşeron yarımadasında, eləcə də Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Gəncə, Goranboy, Naftalan, Xızı, Qobustan, Cəlilabad, Biləsuvar, Mingəçevir, Hacıqabul, Sabirabad, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, İmişli, Beyləqan, Zərdab, Yevlax, Tərtər, Bərdə, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Şirvan, Salyan, Neftçala, Saatlı və Ağcabədidə fasilələrlə şimal-qərb küləyi əsəcək.
Küləyin sürəti saniyədə 13.9-20.7 metr arasında dəyişəcək və bu sarı xəbərdarlıq səviyyəsinə uyğundur.