• $ 1.7
  • € 1.9819
  • ₽ 0.021453
  • ₺ 0.0418
  • £ 2.284

Sabahın hava proqnozu

Sabahın hava proqnozu
09.08.2025 12:45

Avqustun 10-da gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 24-27, gündüz 32-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, gecə və səhər arabir duman olacağı ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 33-37, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti olacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Binəqədidə evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 15:47
Binəqədidə evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Ələt-Astara yolunda maşın yanıb
Cəmiyyət 14:00
Ələt-Astara yolunda maşın yanıb
Cəlilabadda çaqqal kənd sakinlərinə hücum edib, xəsarət alanlar var
Cəmiyyət 13:16
Cəlilabadda çaqqal kənd sakinlərinə hücum edib, xəsarət alanlar var
Sabahın hava proqnozu
Cəmiyyət 12:45
Sabahın hava proqnozu
Meşədə itkin düşən şəxs tapılıb - Video
Cəmiyyət 12:10
Meşədə itkin düşən şəxs tapılıb - Video
Faktiki hava açıqlanıb
Cəmiyyət 11:40
Faktiki hava açıqlanıb
Göyçayda zəlzələ olub
Cəmiyyət 11:24
Göyçayda zəlzələ olub
Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
Cəmiyyət 11:14
Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
Yevlaxda yol qəzası baş verib, ölən və xəsarət alanlar var
Cəmiyyət 10:40
Yevlaxda yol qəzası baş verib, ölən və xəsarət alanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol