İyulda bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlanıb
2025-ci ilin iyulunda Azərbaycanda uzun düyü, mal və qoyun əti, kolbasa məmulatları, günəbaxan və qarğıdalı yağları, bəzi meyvə və şokolad məhsullarının qiymətlərində artım qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Eyni dövrdə yumurta, bəzi meyvə və tərəvəzlərin, o cümlədən qarpız, pomidor və kartofun qiymətləri isə ucuzlaşıb.
Qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi iyulda əvvəlki ayla müqayisədə 0,1%, yanvar-iyul aylarında isə ötən ilin eyni dövrünə nisbətən 2,6% artıb.
Qeyri-qida məhsulları arasında iyulda yuyucu vasitələr və şəxsi gigiyena məhsulları bahalaşıb, parket, ortopedik döşəklər və yazı kağızlarının qiymətində isə azalma müşahidə olunub.
Gülnar
Son xəbərlər
Daha çox