Lənkəranda məktəbin köçürülməsinə valideynlər etiraz edir- VİDEO

Lənkəranda 2 nömrəli tam orta məktəbin ibtidai məktəbə çevrilməsi qərarına etiraz olaraq bir qrup valideyn məktəbin qarışında aksiya keçiriblər. Bu barədə anews.az məlumat daxil olub.
Hazırda 700-dən çox şagirdin təhsil aldığı məktəbdə təxminən 200 şagird ibtidai siniflərdə oxuyur. Qalan 500-ə yaxın şagirdin isə Lənkəran şəhər 10 nömrəli məktəbə köçürülməsi planlaşdırılır.
Müəllimlər iddia edirlər ki, sinif otaqları bölünəcək və yeni qruplar yaradılacaq.
Məsələ ilə bağlı Lənkəran Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəbin şagirdlərinin məcburi olaraq digər təhsil müəssisəsinə köçürülməsi, pedaqoji heyətin ixtisar edilməsi və yayılmış buna bənzər neqativ xəbərlər əsassızdır və həqiqəti əks etdirmir.
Bu barədə anews.az-a açıqlamasında Lənkəran-Astara Təhsil İdarəsindən məlumat verilib.
Bu istiqamətdə təhsil alan şagirdlər üçün uyğun təhsil infrastrukturu və öyrənmə mühitinin qurulması məqsədilə Lənkəran şəhərində yalnız ibtidai təhsil səviyyəsi üzrə fəaliyyət göstərən təhsil müəssisəsinin yaradılması planlaşdırılır.
Bu məqsədlə Lənkəran şəhərində yerləşən T.Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəbin layihəyə uyğunluğu barədə təhlillər aparılmış, pedaqoji heyəti və valideyn icması ilə görüşlər keçirilmiş, onları narahat edən suallara aydınlıq gətirilmişdir.
Bu istiqamətdə qərarlar verilərkən təhsilalanların hüquq və mənafeləri, eyni zamanda qanunvericiliyin tələbləri əsas götürüləcəkdir.
Aytac