Son yeddi ayda 40-a yaxın insanı çaqqal dişləyib

Azərbaycanda bu ilin yanvar-iyulunda heyvan hücumu nəticəsində 27 min 476 nəfər xəsarət alıb. Bu barədə "Report"un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, xəsarət alanlardan 69,8 %-ni (19 176 nəfər) it dişləyib. 40-a yaxın şəxs isə çaqqal hücumu nəticəsində yaralanıb.
"Zərərçəkənlərin hamısına quduzluq əleyhinə peyvənd vurularaq tibbi nəzarətə götürülüb. Cari ilin eyni dövründə insanlar arasında quduzluq xəstəliyi qeydə alınmayıb", - məlumatda vurğulanıb.
Sonuncu dəfə avqustun 10-da Xaçmazda bir neçə çaqqal kənd sakinlərinə hücum edərək 3 nəfəri dişləyib.