Azərbaycan dövlət qurumlarına qarşı kibertəhdidlər 9% azalıb

2025-ci ilin səkkiz ayında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına qarşı 612 kiberhücum indikatoru (IOC) müəyyən edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9% azalma deməkdir. Bu barədə Dövlət Xidmətinin məlumatlarında qeyd olunub.
Kibertəhdidlərin 211-i Dövlət Xidmətinin daxili araşdırmaları, 401-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin təhlili nəticəsində aşkarlanaraq bloklanıb.
Yalnız avqustda 39 kiberhücum müəyyən olunub. Bu göstərici 2024-cü ilin avqustu ilə müqayisədə 25% azdır.
Ümumilikdə 2025-cü ilin əvvəlindən bəri dövlət qurumlarına qarşı 1 070 kiberhücum qeydə alınıb.
Onlardan 550-si daxili araşdırmalar, 520-si isə qurumların müraciətləri əsasında müəyyən edilərək qarşısı alınıb.
Gülnar