Ən az körpə doğumu iyunda, ölüm isə iyulda qeydə alınıb - Statistika

Azərbaycanda 2025-ci ilin yanvar–iyul aylarında doğulanların və ölənlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə doğum göstəricilərində artım, ölüm hallarında isə cüzi azalma qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsinin aylıq statistik məlumatlarında qeyd olunub.
Yanvarda 8 min 557 körpə dünyaya gəlib, bu da ötən ilin eyni ayındakı 8 min 339 göstəricisini üstələyib. Eyni dövrdə ölüm halları isə 5 min 722 nəfər təşkil edib, 2024-cü ildə bu rəqəm 5 min 518 idi.
Fevralda doğulanların sayı 8 min 692 nəfərə yüksəlib (2024-cü ildə 7 min 414), martda isə göstərici 7 min 445 olub. Apreldə doğum 9 min 343 nəfərə çatıb, mayda 8 min 133, iyunda isə 6 min 780 nəfər təşkil edib. İyul ayında isə 9 min 282 körpə dünyaya gəlib ki, bu da ötən ilin iyulundakı 9 min 699 göstəricisindən azdır.
Ölüm halları üzrə isə apreldə 5 min 336 nəfər, mayda 4 min 621, iyunda 4 min 526, iyulda isə 5 min 594 nəfərin vəfat etdiyi bildirilir. Ötən ilin müvafiq aylarında bu göstəricilər bir qədər yüksək olub.
Beləliklə, 2025-ci ilin ilk yeddi ayında doğulanların sayı ardıcıl artaraq bəzi aylarda ötən ilki göstəriciləri üstələsə də, ölüm hallarında qismən azalma müşahidə olunub.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox 